Cəmiyyət
Ceyranbatanda ekoloji narahatlıq yaradan zavodla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Sosial şəbəkələrdə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində fəaliyyət göstərən zavodlardan birinin bacasından ətrafa tüstü yayılması və bunun sakinlərin narahatlığına səbəb olması ilə bağlı görüntülər yayılıb. Məsələni araşdırmaq üçün Baku TV sözügedən ünvanda olub. Sakinlərin sözlərinə görə, ərazidə bir ildən artıqdır fəaliyyət göstərən alüminium zavodu mütəmadi olaraq atmosferə qara tüstü buraxır.
"Əvvəllər burada beton zavodu fəaliyyət göstərirdi. Sonra ərazini alıb metaləritmə müəssisəsi yaratdılar. Bir sözlə, camaatı boğurlar. Əritməyə başlayanda bacadan tüstü çıxır. Uşaqları da çölə buraxa bilmirik", - sakinlərdən biri bildirib. Digər sakin isə deyib ki, zavoddan gecə-gündüz tüstü qalxır: "Demək olar ki, 24 saat qara tüstü buraxırlar. Ətraf mühiti zəhərləyirlər. Zavod təxminən bir ildir fəaliyyət göstərir. Dəfələrlə şikayət etmişik, amma heç kim maraqlanmır". Məsələ ilə bağlı "Ceyranbatan Dəmir Beton" ASC-dən bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülər yeni deyil. Qeyd olunub ki, artıq belə halların təkrarlanmaması üçün müəssisədə yeni avadanlıq quraşdırılıb.

Mənbə
oxu.az