Cəmiyyət

Bakı-Qazax yolunda ağır qəza: Sürücünün həyat yoldaşı öldü

02 Aug 2026, 17:48 20 baxış
Bakı-Qazax yolunda ağır qəza: Sürücünün həyat yoldaşı öldü
Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 108-ci kilometrliyində, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb. "KamAZ" markalı yük maşını ilə BYD markalı minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü yüngül xəsarət alıb. Avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı, Beyləqan rayon sakini, 1979-cu il təvəllüdlü Svetlana Ocaqverdi qızı İbadova isə hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər