Cəmiyyət

Qubada iki avtomobil toqquşdu: Beş nəfər xəsarət aldı - FOTO

02 Aug 2026, 15:44 21 baxış
Qubada iki avtomobil toqquşdu: Beş nəfər xəsarət aldı - FOTO
Quba rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər xəsarət alıb. Oxu.Az APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Quba şəhərinin Əliqulu Nərimanov küçəsində baş verib. İlkin məlumata görə, "Chevrolet" və "Ford" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan beş nəfər təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
{{gallery}}
Qubada iki avtomobil toqquşdu: Beş nəfər xəsarət aldı - FOTO Qubada iki avtomobil toqquşdu: Beş nəfər xəsarət aldı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər