Cəmiyyət

Xocavənddə ANAMA əməkdaşı minaya düşdü

02 Aug 2026, 15:03 19 baxış
Xocavənddə ANAMA əməkdaşı minaya düşdü

Xocavənd rayonunda mina hadisəsi baş verib.


Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.


Bildirilib ki, hadisə avqustun 2-də işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində qeydə alınıb.


Məlumata görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunan özəl şirkətlərdən birinin əməkdaşı, 1985-ci il təvəllüdlü Əhəd Əhədov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.


Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Mənbə axar.az

Oxşar Xəbərlər