Cəmiyyət

Tovuzda ağır qəza: azyaşlı yaralandı

02 Aug 2026, 14:39 29 baxış
Tovuzda ağır qəza: azyaşlı yaralandı

Tovuz rayonunda minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində azyaşlı ağır xəsarət alıb.


Axar.az xəbər verir ki, hadisə rayonun Azaflı kəndində qeydə alınıb.


Məlumata görə, VAZ-2107 markalı minik avtomobili ZİL markalı yük maşını ilə toqquşub.


Qəza zamanı minik avtomobilində olan 8 yaşlı Nicat Orucov ağır bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun müalicəsi xəstəxanada davam etdirilir.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


Faktla bağlı araşdırma başlanılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər