Cəmiyyət

Masallıda avtomobil aşdı: Xəsarət alan var

01 Aug 2026, 23:36 20 baxış
Masallıda avtomobil aşdı: Xəsarət alan var
Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayon ərazisindən keçən yeni Ələt-Astara magistralında qeydə alınıb. Məlumata görə, "Chevrolet Cruze" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər