İdman

"Trabzonspor"dan Salaha rəsmi təklif: Misirli futbolçuya fantastik məbləğ verilir

01 Aug 2026, 18:36 21 baxış
"Trabzonspor"dan Salaha rəsmi təklif: Misirli futbolçuya fantastik məbləğ verilir
Türkiyənin "Trabzonspor" klubu "Liverpul"un keçmiş hücumçusu Məhəmməd Salahı heyətinə qatmaq üçün rəsmi təklif irəli sürüb. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı türkiyəli jurnalist Yağız Sabuncuoğlu sosial şəbəkə hesabında paylaşıb. Onun sözlərinə görə, Salahın nümayəndəsi ilə "Trabzonspor" təmsilçiləri arasında görüş olub və Türkiyə klubu transferin reallaşması üçün cəlbedici təkliflərini açıqlayıb. Məlumata görə, "Qaradəniz fırtınası" 34 yaşlı misirli futbolçuya ikiillik müqavilə çərçivəsində hər mövsümünə 17 milyon avro ödəməyə hazır olduğunu bəyan edib. Bundan əvvəl mətbuatda Salahla Türkiyənin "Beşiktaş" klubunun da yaxından maraqlandığı bildirilirdi. Qeyd edək ki, məşhur hücumçu müqaviləsi başa çatdığı "Liverpul"la yollarını ayırıb. "Transfermarkt" portalında yer alan məlumatlara əsasən, təcrübəli oyunçunun hazırkı transfer dəyəri 22 milyon avrodur.
Mənbə oxu.az

Oxşar Xəbərlər