İdman
Daha bir güləşçimiz U17 dünya çempionatına qələbə ilə başlayıb
45 kq-lıq çəki kateqoriyasında mübarizə aparan Tunar Həsənov Bakıda keçirilən U17 güləş üzrə dünya çempionatında ilk görüşünə çıxıb. Oxu.Az xəbər verir ki, o, Radoslav Velikovla (Bolqarıstan) qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, daha əvvəl Tunar Quliyev (71 kq), Elcan Həsənov (51 kq) və Elgün Kərimli (92 kq) ilk görüşlərində məğlub olmuşdular. Yalnız İbrahim Həsənov (51 kq) 1/4 finala çıxmağı bacarmışdı.
Mənbə
oxu.az