İdman
İbrahim Həsənov Bakıda keçirilən U17 dünya çempionatına qələbə ilə başlayıb
51 kq-lıq çəki kateqoriyasında mübarizə aparan İbrahim Həsənov Bakıda keçirilən U17 güləş üzrə dünya çempionatında ilk görüşünə çıxıb. Oxu.Az xəbər verir ki, o, 1/8 final mərhələsində Giorgi Narimanidze (Gürcüstan) ilə üz-üzə gəlib. Görüş təmsilçimizin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, daha əvvəl Tunar Quliyev (71 kq), Elcan Həsənov (51 kq) və Elgün Kərimli (92 kq) ilk görüşlərində məğlub olmuşdular. Bundan sonra isə Tunar Həsənov (48 kq) xalça üzərinə çıxacaq.
Mənbə
oxu.az