İdman

U17 dünya çempionatı: Hüseyn Rzazadə üçüncü yer uğrunda mübarizəyə vəsiqə qazandı

01 Aug 2026, 11:08 3 baxış
U17 dünya çempionatı: Hüseyn Rzazadə üçüncü yer uğrunda mübarizəyə vəsiqə qazandı
48 kq-lıq çəki kateqoriyasında mübarizə aparan Hüseyn Rzazadə Bakıda keçirilən U17 güləş üzrə dünya çempionatında təsəlliverici görüşə çıxıb. Oxu.Az xəbər verir ki, o bu mərhələdə iranlı Amirali İbrahim Fazla qarşılaşıb. Görüş təmsilçimizin 9:6 hesablı qələbəsi ilə başa çatıb. Bununla da o, bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Xatırladaq ki, o, dünən 1/8 finalda hindistanlı Aaryan Aaryana 5:6 hesabı ilə uduzub.
Mənbə oxu.az

Oxşar Xəbərlər