İdman

"Qalatasaray" Rusiya yığmasının oyunçusunu alır

01 Aug 2026, 11:11 2 baxış
"Qalatasaray" Rusiya yığmasının oyunçusunu alır
Türkiyənin "Qalatasaray" klubu Rusiya yığmasının və "Lokomotiv Moskva"nın futbolçusu Aleksey Batrakovun transferi ilə bağlı danışıqlara start verib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı tanınmış türkiyəli jurnalist Safa Kaan Öztürk özünün "X" sosial şəbəkə hesabında paylaşıb. Bildirilir ki, hazırkı məqamda İstanbul təmsilçisi üçün Batrakovun transferi Fransa "Strasburq"unun və Paraqvay yığmasının yarımmüdafiəçisi Xulio Ensisodan daha prioritet hesab olunur. Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi "Lokomotiv"in yetirməsidir və 2024-cü ildən klubun əsas komandasında çıxış edir. Batrakov ötən mövsüm ərzində müxtəlif turnirlərdə "Lokomotiv"in heyətində 36 oyuna çıxıb, 17 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər