İdman

Bakıda U17 dünya çempionatı: Daha beş sərbəst güləşçimiz xalçaya çıxır

01 Aug 2026, 09:35 2 baxış
Bakıda U17 dünya çempionatı: Daha beş sərbəst güləşçimiz xalçaya çıxır
Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatının növbəti gününə start verilir. Oxu.Az xəbər verir ki, bu gün daha beş sərbəst güləşçimiz mübarizəyə qoşulacaq. Təsnifat mərhələsi 71 kq Tunar Quliyev - Adilet Risbay (Qazaxıstan) 92 kq Elgün Kərimli - Sakşam Fnu (Hindistan) 1/8 final 48 kq Tunar Həsənov - Radoslav Velikov (Bolqarıstan) / Ariun Erdenetuqs (Monqolustan) 51 kq İbrahim Həsənov - Quarav Bahi (Kanada) / Giorgi Narimanidze (Gürcüstan) 60 kq Elcan Həsənov - Balaş Hideq (Macarıstan) / Vitold Pavlik (Polşa). Xatırladaq ki, dünən mübarizəyə qoşulan güləşçilərimiz - Abbas Şəfiyev (55 kq), Rəşid Nazarov (65 kq), Hakim Tağıyev (110 kq), Hüseyn Rzazadə (48 kq) və Nihad Süleymanlı (80 kq) müxtəlif mərhələlərdə məğlub olublar. Onlardan yalnız biri 48 kq-da mübarizə aparan Hüseyn Rzazadə təsəlliverici görüşdə Amirali İbrahim Fazla qarşılaşacaq. Xatırladaq ki, yarış Milli Gimnastika Arenasında keçirilir və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirib. Azərbaycanı çempionatda 29 idmançı təmsil edir. Turnirə avqustun 2-də yekun vurulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər