İdman

UFC çempionu suda batan kişini xilas etdi - VİDEO

31 Jul 2026, 16:28 22 baxış
UFC çempionu suda batan kişini xilas etdi - VİDEO
Mütləq Döyüş Çempionatının (UFC) orta çəki dərəcəsində çempionu, ABŞ-li Şon Striklend qayadan suya tullanaraq boğulmağa başlayan kişini xilas edib. Oxu.Az xəbər verir ki, bu barədə "Yahoo Sports" məlumat yayıb.

İdmançı etiraf edib ki, əvvəlcə baş verənləri zarafat kimi qəbul edib, lakin sonra adamın suyun dibinə getdiyini görərək dərhal kömək üçün hövzəyə atılıb. Qeyd edək ki, may ayında Striklend BƏƏ-ni təmsil edən Həmzət Çimayevə qarşı titul döyüşündə qələbə qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər