İdman

Güləşçimiz dünya çempionatına qələbə ilə start verib

31 Jul 2026, 13:16 23 baxış
Güləşçimiz dünya çempionatına qələbə ilə start verib
80 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan sərbəst güləşçisi Nihad Süleymanlı Bakıda keçirilən U17 dünya çempionatında ilk görüşünə çıxıb. Oxu.Az xəbər verir ki, o, Ali Zakirjanovla (Qırğızıstan) qarşılaşıb. Görüş təmsilçimizin vaxtından əvvəl qələbəsi ilə başa çatıb - 10:0. Qeyd edək ki, bundan sonra daha bir təmsilçimiz - Hüseyn Rzazadə (48 kq) mübarizəyə qoşulacaq. Xatırladaq ki, daha əvvəl Rəşid Nazarov (65 kq), Hakim Tağıyev (110) və Abbas Şəfiyev (55 kq) ilk görüşlərində məğlub olmuşdular.
Mənbə oxu.az

Oxşar Xəbərlər