İdman

Dünya çempionatı: Sərbəst güləşçilər mübarizəyə qoşulurlar

31 Jul 2026, 09:28 20 baxış
Dünya çempionatı: Sərbəst güləşçilər mübarizəyə qoşulurlar
Bu gün U17 güləş üzrə dünya çempionatında sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar. Oxu.Az xəbər verir ki, iyulun 31-də Azərbaycanın beş sərbəst güləşçisi xalça üzərinə çıxacaq. 48, 55, 65, 80 və 110 kq-dakı güləşçilər final uğrunda mübarizə aparacaqlar. Təsnifat mərhələsi 55 kq Abbas Şəfiyev - Temirlan Murat (Qazaxıstan) 65 kq Rəşid Nazarov - Erik Papikyan (Ermənistan) 110 kq Hakim Tağıyev - Behruz Aşirov (Özbəkistan) 1/8 final 48 kq Hüseyn Rzazadə - Amirali Faz (İran) / Aaryan Aaryan (Hindistan) 80 kq Nihad Süleymanlı - Martin Mokras (Slovakiya) / Ali Zakirjanov (Qırğızıstan) Digər 5 çəkidə mübarizə aparan iştirakçılar isə avqustun 1-də yarışa qoşulacaqlar. Bundan başqa, Gülxanım Şirinova (40 kq) və Fatimə Bayramova (53 kq) təsəlliverici görüşə çıxacaqlar. Əlavə edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirib. Azərbaycanı mundialda 29 idmançı təmsil edir. Sabah isə sərbəst güləşçilər döşək üzərinə çıxacaqlar. Dünya çempionatına avqustun 2-də yekun vurulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər