İdman
"Real Madrid" 21 yaşlı hücumçunu heyətinə qatdı
"Levante"nin hücumçusu Karlos Espi "Real Madrid"ə keçib. Oxu.Az xəbər verir ki, bu barədə Valensiya klubunun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçu ilə "kral klubu" arasında imzalanan müqavilə 2030-cu il iyunun 30-dək qüvvədə olacaq. İnsayder Fabritsio Romanonun məlumatına görə, "Real Madrid" bu transfer üçün 25 milyon dollar ödəyib. Espi ötən mövsüm bütün turnirlərdə 27 oyunda meydana çıxıb və 13 qol vurub.
Mənbə
oxu.az