İdman

Futbolçularım buna hazır deyildilər - Qurban Qurbanov

31 Jul 2026, 01:36 4 baxış
Futbolçularım buna hazır deyildilər - Qurban Qurbanov

Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Maraqlı oyuna şahidlik etdik. Əvvəlcə də bildirmişdim ki, iki eyni səviyyədə olan komandalar qarşılaşacaq. Çox söz danışmağa ehtiyac yoxdur. Futbolçularım xarakter nümayiş etdirdilər.


Axar.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandasına qarşı keçirilən cavab oyunundan sonra mətbuat konfransında bildirib.


“Konfrans Liqasının oyununa hazırlaşacağıq. Sadəcə 120 dəqiqə oyun bir az həddindən çox oldu və yorucu idi. Futbolçularımız buna tam hazır deyildilər", - Q.Qurbanov deyib.


Qeyd edək ki, ÇSKA və "Qarabağ" komandaları arasında baş tutan hər iki görüşdə hesab açılmayıb. Penaltilər seriyasında daha dəqiq çıxış edən (5:4) Bolqarıstan klubu növbəti mərhələyə adlayıb.


Bununla da Ağdam təmsilçisi Avropa Liqasında mübarizəni dayandırıb. Komanda avrokuboklardakı çıxışını UEFA Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər