Digər

İlon Mask iki yeni süni intellekt modeli buraxacaq

29 Jul 2026, 01:24 2 baxış
İlon Mask iki yeni süni intellekt modeli buraxacaq
Amerikalı sahibkar İlon Mask özünün "xAI" şirkətinin yeni süni intellekt modelləri - "Grok 4.6" və "Grok 4.7"nin çıxacağını elan edib. Oxu.Az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında yazıb. "Grok 4.6"nın buraxılışı təxminən avqustun 7-nə planlaşdırılır. Bu, mühüm dərəcədə təkmilləşdirilmiş SFT və RL (təlim üsulları - red.) əsasında 1.5 trilyon parametrlik model olacaq", - deyə Mask qeyd edib. O əlavə edib ki, 2.1 trilyon parametr əsasında hazırlanan "Grok 4.7" modeli "Grok 4.6"dan bir neçə həftə sonra işıq üzü görəcək. Qeyd edək ki, "xAI" şirkəti 2023-cü ilin noyabrında təqdim edilən "Grok" süni intellektinin işlənib hazırlanması ilə məşğul olur.
Mənbə oxu.az

Oxşar Xəbərlər