İdman
Dünya çempionluğundan sonra maraqlı addım: Kukurelya vədinə əməl etdi
İspaniya milli komandasının müdafiəçisi Mark Kukurelya 2026-cı il dünya çempionatındakı zəfərdən sonra milli komandanın baş məşqçisi Luis de la Fuentenin şərəfinə döymə etdirib. Oxu.Az xəbər verir ki, bu barədə Sportbox.ru saytı məlumat yayıb. Xatırladaq ki, DÇ-2026-nın final matçından öncə Kukurelya çempion olacaqları təqdirdə De la Fuentenin portretini döymə etdirəcəyinə söz vermişdi. Luis de la Fuentenin rəhbərlik etdiyi İspaniya millisi həlledici qarşılaşmada Argentina yığmasını 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. İspaniyalı futbolçu verdiyi sözə əməl edərək sosial şəbəkə hesabında sol qolunda 65 yaşlı mütəxəssisin üzü əks olunmuş döymənin fotosunu paylaşıb.
Mənbə
oxu.az