Digər

Ukrayna hərbçiləri NATO qüvvələrinə "qalib gəldi"

29 Jul 2026, 01:00 4 baxış
Ukrayna hərbçiləri NATO qüvvələrinə "qalib gəldi"

Ukrayna hərbçiləri İsveçdə keçirilən “Aurora 26” birgə təlimlərindən sonra NATO-nun müasir müharibəyə hazırlığı ilə bağlı şübhələrini bildiriblər.


Axar.az xəbər verir ki, bu barədə “Velt” nəşri yazıb.


Nəşr qeyd edib ki, ukraynalı hərbçiləri tez-tez verilən qəhvə fasilələri, bir çox lüzumsuz qaydalar və pilotsuz uçuş aparatlarından istifadəyə qoyulan ciddi məhdudiyyətlər təəccübləndirib.


Təlim ssenarisinə əsasən, Ukrayna Silahlı Qüvvələri şərti rəqib rolunda çıxış edib və nəticədə alyans ölkələrinin bölmələri üzərində qələbə qazanıb.


Bildirilir ki, manevrlərin sonunda NATO hərbçiləri xeyli yorğun vəziyyətdə görünürdülər.

Mənbə axar.az

Oxşar Xəbərlər