Digər

Bu ölkəyə hərtərəfli dəstək verməyə hazırıq - Ərdoğan

29 Jul 2026, 01:23 2 baxış
Bu ölkəyə hərtərəfli dəstək verməyə hazırıq - Ərdoğan

Türkiyə və İraq regionun müharibə, terrorizm və münaqişələrlə deyil, inkişaf, rifah, sülh və sabitliklə assosiasiya olunması üçün birgə səylər göstərirlər.


Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada İraqın Baş naziri Əli əl-Zeydi ilə keçirdiyi birgə mətbuat konfransında deyib.


Ərdoğanın sözlərinə görə, Ankara müdafiə sənayesi də daxil olmaqla, ikitərəfli münasibətlərin bütün sahələrində Bağdada hərtərəfli dəstək verməyə hazırdır.


Türkiyə Prezidenti xatırladıb ki, ötən il Türkiyə ilə İraq arasında ticarət dövriyyəsi 17 milyard dollara çatıb:


“İnkişaf yolu” nəqliyyat-logistika marşrutunun (İraqın cənubundan Türkiyə sərhədinədək – red.) həyata keçirilməsini xüsusilə vacib hesab edirik”.


Ərdoğan, həmçinin bildirib ki, İraq Türkiyəyə gündəlik 1 milyon barrel neft tədarük etməyə hazırdır.

Mənbə axar.az

Oxşar Xəbərlər