İdman

Fransa millisi Zidana tapşırıldı

28 Jul 2026, 13:25 21 baxış
Fransa millisi Zidana tapşırıldı

Zinəddin Zidan Fransa futbol yığmasının baş məşqçisi təyin olunub.


Axar.az xəbər verir ki, bu barədə Fransa Futbol federasiya məlumat yayıb.


Dünya çempionu və Çempionlar Liqasının üçqat qalibi ilə 2030-cu ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatının sonuna qədər müqavilə imzalanıb.


Qeyd edək ki, Zidan bu postda 14 il milliyə rəhbərlik etmiş Didye Deşamı əvəzləyib.


Didye Deşam baş məşqçi olduğu müddətdə Fransa yığması dünya çempionu (2018), dünya (2022) və Avropa çempionatlarının (2016) gümüş mükafatçısı və Millətlər Liqasının (2021) qalibi olub.

Mənbə axar.az

Oxşar Xəbərlər