İdman

U17 dünya çempionatı: Daha bir idmançımızdan 9:0 hesablı qələbə

28 Jul 2026, 12:36 18 baxış
U17 dünya çempionatı: Daha bir idmançımızdan 9:0 hesablı qələbə
Bakıda 17 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında azərbaycanlı yunan-Roma güləşçisi Abdulrəhman Hüseynli (51) ilk görüşünə çıxıb. Oxu.Az-ın məlumatına görə, o, ilk görüşdə Kuanışbek Jangajolla (Qazaxıstan) qarşılaşıb. Matç Azərbaycan təmsilçisinin tam üstünlüyü ilə başa çatıb - 9:0. Qeyd edək ki, daha əvvəl Əli Cavadlı (48 kq, 9:0) və Elmir Çərkəzov (60 kq) ilk görüşlərini qələbə ilə başa vurublar. Zöhrab Səfərov (92 kq) isə ukraynalı rəqibi ilə bacarmayıb. Xatırladaq ki, yarış Milli Gimnastika Arenasında keçirilir və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirir. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir. Dünya çempionatına avqustun 2-də yekun vurulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər