İdman

Nadir Həsənov Bakıda keçirilən dünya çempionatına qələbə ilə başladı

28 Jul 2026, 12:46 17 baxış
Nadir Həsənov Bakıda keçirilən dünya çempionatına qələbə ilə başladı
Bakıda 17 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında azərbaycanlı yunan-Roma güləşçisi Nadir Həsənov (71 kq) ilk görüşünə çıxıb. Oxu.Az-ın məlumatına görə, o, ilk görüşdə Mehdi Azizboev (Tacikistan) ilə qarşılaşıb. Matç Azərbaycan təmsilçisinin 10:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, daha əvvəl Əli Cavadlı (48 kq), Elmir Çərkəzov (60 kq) və Abdulrəhman Hüseynli (51 kq ) ilk görüşlərini qələbə ilə başa vurublar. Zöhrab Səfərov (92 kq) isə ukraynalı rəqibi ilə bacarmayıb. Xatırladaq ki, yarış Milli Gimnastika Arenasında keçirilir və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirir. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir. Dünya çempionatına avqustun 2-də yekun vurulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər