İdman
Dünya çempionatı: Azərbaycan təmsilçisi 9:0 hesablı qələbə ilə başladı
Bakıda 17 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında Azərbaycan təmsilçisi Əli Cavadlı (45 kq) ilk görüşünə çıxıb. Oxu.Az-ın məlumatına görə, o, təsnifat mərhələsində bolqarıstanlı Oqnyan Burqazovla qarşılaşıb. Görüş Əli Cavadlının 9:0 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, bu gün daha dörd güləşçimiz finala çıxmaq uğrunda mübarizəyə qoşulacaqlar. Xatırladaq ki, yarış Milli Gimnastika Arenasında keçirilir və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirir. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir. Dünya çempionatına avqustun 2-də yekun vurulacaq.
Mənbə
oxu.az