İdman

Güləş üzrə U-17 dünya çempionatının ikinci gününə start verilir

28 Jul 2026, 09:16 15 baxış
Güləş üzrə U-17 dünya çempionatının ikinci gününə start verilir
Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatının ikinci gününə start verilir. Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın beş yunan-Roma güləşçisi final uğrunda mübarizəyə qoşulacaq. Həmçinin bu gündən medal qarşılaşmaları da keçiriləcək. Belə ki, İsfahan Həsənov (80) çempionluq, Orxan Həbibli (65) və Ömər Salmanov (48) isə bürünc medal uğrunda döşək üzərinə çıxacaqlar. Təsnifat mərhələsi 45 kq Əli Cavadlı - Ognyan Burqazov (Bolqarıstan) 51 kq Abdulrəhman Hüseynli - Kuanışbek Jangajol (Qazaxıstan) 60 kq Elmir Çərkəzov - Nurali Asker (Qazaxıstan) 71 kq Nadir Həsənov - Mehdi Azizboev (Tacikistan) 92 kq Zöhrab Səfərov - Hlib Yevsieyev Final 80 kq İsfahan Həsənov - Alireza Hassan Rezai (İran) Qeyd edək ki, Orxan Həbibli (65) və Ömər Salmanov (48) isə bürünc medallar uğrunda qarşılaşmalara çıxacaqlar. Onların rəqibi bu gün müəyyənləşəcək. Xatırladaq ki, yarış Milli Gimnastika Arenasında keçirilir və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirib. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir. Dünya çempionatına avqustun 2-də yekun vurulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər