İdman
İngiltərədə futbolunda YENİLİK: Zədəli kimi davranan qapıçılara qarşı eksperimental qayda tətbiq ediləcək
İngiltərə futbolunda 2026/27 mövsümündə qapıçılara tibbi yardım göstərildikdən sonra yaranan taktiki fasilələri aradan qaldırmaq üçün yeni tədbir sınaqdan keçiriləcək. Oxu.Az bu barədə "BBC Sport"a istinadən xəbər verir. İngiltərə Futbol Assosiasiyası, Premyer Liqa, İngiltərə Futbol Liqası, Milli Liqa və Qadınlar Superliqası Beynəlxalq Futbol Assosiasiyaları Şurasından (IFAB) icazə alaraq bu eksperimenti razılaşdırıblar. Yeniliyə əsasən, əgər hakim qapıçıya yardım göstərilməsi üçün həkimləri çağırırsa, komandanın baş məşqçisi 10 saniyə ərzində ehtiyat hakimə oyun bərpa olunduqdan sonra meydanı bir dəqiqəlik tərk edəcək oyunçunu göstərməlidir. Əgər 10 saniyə ərzində seçim edilməzsə, meydanı kapitan tərk etmək məcburiyyətindədir. Yeni qaydanın tətbiq olunacağı ilk matç avqustun 1-də Liqa Kubokunun ilkin mərhələsi çərçivəsində keçiriləcək "Tranmir Rovers" və "Roçdeyl" qarşılaşması olacaq. Mənbənin məlumatına görə, Avstraliyanın A-Liqası da analoji variantı sınaqdan keçirəcək, lakin orada meydanı həmişə kapitan tərk edəcək.
Mənbə
oxu.az