Dünya

Argentina prezidenti Braziliyaya səfərinə görə məhkəməyə verildi

28 Jul 2026, 00:48 3 baxış
Argentina prezidenti Braziliyaya səfərinə görə məhkəməyə verildi
Argentinalı hüquqşünaslar Prezident Xavyer Mileyə qarşı məhkəmə iddiası qaldıraraq onu dövlət vəsaitlərini mənimsəməkdə və vəzifə səlahiyyətlərini vicdansızlıqla yerinə yetirməkdə ittiham ediblər. Oxu.Az xəbər verir ki, məlumatı "Ambito" yayıb. İddiaçılar bildirirlər ki, Miley Braziliyaya səfəri zamanı prezident təyyarəsindən və dövlət büdcəsinin vəsaitindən rəsmi dövlət tədbiri üçün deyil, Braziliya müxalifətinin partiya tədbirində iştirak etmək məqsədilə istifadə edib. İyulun 25-də Miley San-Pauluda Liberal Partiyanın qurultayında çıxış edərək senator Flaviu Bolsonarunun Braziliyada oktyabrda keçiriləcək prezident seçkisində namizədliyinin irəli sürülməsini dəstəkləyib. O, çıxışında Braziliya Prezidenti Luis İnasiu Lula da Silvanı və ölkənin Ali Federal Məhkəməsinin hakimi Aleşandri di Moraesi sərt tənqid edib. Bundan sonra Braziliyanın Argentinadakı səfiri Julio Bitelli məsləhətləşmələr üçün geri çağırılıb. Qeyd olunur ki, bu, Mileyin xarici səfərləri ilə bağlı məhkəməyə verildiyi ilk hal deyil. O, 2023-cü ilin dekabrında prezident vəzifəsinə başladıqdan sonra Argentinanı 30 dəfədən çox tərk edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər