İdman
Maldini və Leonardo İtaliya millisini tərk edirlər
İtaliya Futbol Federasiyasının (FIGC) texniki direktoru Paolo Maldini və onun müşaviri Leonardo təyinatlarından cəmi 16 gün sonra İtaliya milli komandasını tərk etmək qərarına gəliblər. Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkə hesabında bildirib. Layihəni tərk etmək qərarı FIGC prezidenti Covanni Malaqonun Andrea Pirlonun İtaliya millisinin yeni baş məşqçisi təyin olunmasına qarşı çıxması səbəbindən verilib. Prezident Pirlonun namizədliyini Rusiya bukmeker kontorları ilə əlaqələrinə görə bəyənməyib. Maldini və Leonardo isə milli komandanın sükanı arxasında yalnız Pirlonu görmək istəyirdilər. Milli komandanın baş məşqçisi vakansiyasına Pirlonun əsas iddiaçı olduğu, lakin onun namizədliyinin rədd edildiyi barədə daha əvvəl məlumat verilmişdi. Pirlonun özü də artıq İtaliya millisinin baş məşqçisi postuna namizəd olmadığını bəyan edib.
Mənbə
oxu.az