İdman

Azərbaycanlı paralimpiyaçı Dünya Kubokunun qalibi oldu

27 Jul 2026, 23:00 1 baxış
Azərbaycanlı paralimpiyaçı Dünya Kubokunun qalibi oldu
Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Serbiyanın Novi-Sad şəhərində keçirilən Dünya Kubokunun qalibi olub. Oxu.Az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb. Bildirilib ki, dünya və Avropa çempionu 50 metr məsafəyə tapançadan qarışıq atəş (P4) növündə keçirilən final yarışında 222 xal toplayaraq qızıl medala sahib çıxıb. Bununla da paralimpiyaçı Kamran Zeynalov Dünya Kubokunun qızıl medalını qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər