İdman

DÇ-2026-nın ən gözəl qolu müəyyənləşdi - VİDEO

27 Jul 2026, 21:00 3 baxış
DÇ-2026-nın ən gözəl qolu müəyyənləşdi - VİDEO
FIFA 2026-cı il dünya çempionatının ən gözəl qolunu açıqlayıb. Oxu.Az xəbər verir ki, mükafata 1/16 final mərhələsində Argentina millisinə qarşı keçirilən oyunda Kabo-Verde yığmasının müdafiəçisi Sidni Kabralın vurduğu qol layiq görülüb.

Kabralın matçın 103-cü dəqiqəsində vurduğu qol hesabı 2:2 etsə də, Kabo-Verde yığması əlavə vaxtda Argentinaya 2:3 hesabı ilə məğlub olub. Səsvermədə ikinci yeri Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov, üçüncü yeri isə Haiti yığmasının forvardı Vilson İzidor tutub. Xatırladaq ki, iyulun 19-da başa çatan 2026-cı il dünya çempionatının qalibi finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edən İspaniya millisi olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər