İdman

Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu bəlli oldu

27 Jul 2026, 20:05 16 baxış
Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu bəlli oldu

2026-cı il futbol üzrə Dünya Çempionatının ən yaxşı qolunun adına aydınlıq gəlib.


Axar.az xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.


Bildirilib ki, Kabo-Verde millisinin üzvü Sidni Kabralın Dünya Çempionatının 1/16 final mərhələsində Argentina seçməsinin qapısına vurduğu qol mundialın ən yaxşı qolu seçilib.


Səsvermədə Özbəkistan millisinin üzvü Eldor Şomuradovun qolu ikinci, Haiti yığmasının hücumçusu Vilson İzidorun dəqiq zərbəsi isə üçüncü yeri tutub.


Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi dünya çempionatının qalibi İspaniya millisi olub.

Mənbə axar.az

Oxşar Xəbərlər