İdman

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı

27 Jul 2026, 20:53 2 baxış
“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı

“Qəbələ” futbolçusu Prins Ovusunun transferi ilə bağlı Slovakiyanın “Dunayska Streda” klubunun təklifini müsbət cavablandırıb.


Klubdan Axar.az-a verilən məlumata görə, tərəflər qanalı futbolçunun transferi ilə bağlı razılığa gəliblər.


Qeyd edək ki, 20 yaşlı vinger “Qəbələ”yə 2025-ci ilin iyulunda Qananın “Nayan” Akademiyasından cəlb olunub. O, “qırmızı-qaralar”ın heyətində 34 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

Mənbə axar.az

Oxşar Xəbərlər