İdman
Bakıda güləş üzrə U17 dünya çempionatının açılış mərasimi keçirilib - FOTO - VİDEO
Bakıda 17 yaşadək güləşçilər arasında dünya çempionatının açılış mərasimi keçirilib. Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Çıxış edənlər idmançılara uğurlar arzulayıblar, yüksək təşkilatçılığa görə Azərbaycana təşəkkür ediblər. Açılış mərasimi daha sonra bədii hissə ilə davam edib. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən U-17 dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qüvvəsini sınayır. Azərbaycanı turnirdə 29 pəhləvan təmsil edir.
{{gallery}}

Mənbə
oxu.az