İdman

Mbappedən təsirli paylaşım: "Hekayənin sonunu həmişə biz seçmirik" - FOTO

27 Jul 2026, 18:44 3 baxış
Mbappedən təsirli paylaşım: "Hekayənin sonunu həmişə biz seçmirik" - FOTO
Fransa millisinin kapitanı Kilian Mbappe azarkeşlərə məktub ünvanlayıb. Oxu.Az xəbər verir ki, məşhur futbolçu məktubunu sosial şəbəkə hesabında paylaşıb. "Dünya kubokunu qazana bilmədik. Sizə yalan danışmayacağam, bu, hələ bir müddət ağrılı olacaq. Turnirin ən yaxşı bombardiri adını qürurla qəbul edirəm, lakin bu titul kubokla birlikdə olsaydı, daha da gözəl olardı. Bəlkə də, sizə daha yaxşı bir sonluq bəxş etməli idik. Amma hekayənin sonunu həmişə biz seçmirik. İlk matçdan sonuncuya qədər millini irəli aparan komanda ruhu, futbolçuların əməyi, sürətli keçidləri və ötürmələri olmasaydı, heç vaxt bu qədər qol vura bilməzdik", - deyə hücumçu bildirib.
Forvard baş məşqçi Didye Deşama və onun köməkçilərinə xüsusi təşəkkürünü çatdırıb. Futbolçu öz müraciətində azarkeşləri də unutmayıb: "Siz saat fərqinə görə dünyanın o biri ucunda necə oynadığımızı izləmək üçün bəzən gecəyarısına qədər yatmadınız. Gözləri parıldayan uşaqlar, qadınlar, kişilər - hamınız birlikdə tək bir sevinclə birləşdiniz". Qeyd edək ki, DÇ-2026-nın yarımfinal mərhələsində Fransa millisi gələcək dünya çempionu olan İspaniyaya (0:2), üçüncü yer uğrunda görüşdə isə İngiltərəyə (4:6) məğlub olub. Fransa yığması 2014-cü ildən bəri ilk dəfə olaraq mundialda medalsız qalıb. Mbappe turnirin ən məhsuldar oyunçusu adına layiq görülüb. Səkkiz oyunda onun hesabında on qol və dörd məhsuldar ötürmə olub.
Mbappedən təsirli paylaşım: "Hekayənin sonunu həmişə biz seçmirik" - FOTO Mbappedən təsirli paylaşım: "Hekayənin sonunu həmişə biz seçmirik" - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər