İdman

Makqreqor 1 illik sıradan çıxdı

27 Jul 2026, 17:58 2 baxış
Makqreqor 1 illik sıradan çıxdı

Keçmiş UFC çempionu Konor Makqreqor amerikalı Maks Hollouey ilə döyüşdə aldığı zədəyə görə 1 il ərzində döyüşə bilməyəcək.


Axar.az xəbər verir ki, bu barədə UFC prezidenti Dana Uayt mətbuat konfransında bildirib.


Uaytın sözlərinə görə, Makqreqorun dizinin ön çarpaz bağı zədələnib.


Qeyd edək ki, Konor Makqreqorun 5 illik fasilədən sonra ilk döyüşündə - Las-Veqasda keçirilən UFC turnirində görüş başladıqdan 65 saniyə sonra texniki nokautla Holloueyə məğlub olub. İrlandiyalı idmançı ilk saniyələrdə dizini zədələyib və döyüşü davam etdirə bilməyib.

Mənbə axar.az

Oxşar Xəbərlər