İdman
DÇ-2026-nın baş hakimi karyerasını bitirdi
Futbol üzrə dünya çempionatının (DÇ-2026) final matçını idarə etmiş sloveniyalı baş hakim Slavko Vinçiç peşəkar karyerasını başa vurub. Oxu.Az xəbər verir ki, bu barədə Sloveniya Futbol İttifaqı rəsmi məlumat yayıb. Qeyd edək ki, 46 yaşlı referi 2010-cu ildən etibarən FIFA dərəcəli hakim statusunu daşıyıb. 2022-ci ildə sloveniyalı hakimin rəhbərlik etdiyi briqada UEFA Avropa Liqasının final matçına təyinat alıb. O, 2024-cü ildə isə UEFA Çempionlar Liqasının həlledici oyununu idarə edib.
Mənbə
oxu.az