İdman

Azərbaycanlı hakim Konfrans Liqasının oyununu idarə edəcək

27 Jul 2026, 14:32 2 baxış
Azərbaycanlı hakim Konfrans Liqasının oyununu idarə edəcək
Azərbaycanın FIFA referisi Kamal Umudlu təyinat alıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Bildirilib ki, K.Umudlu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Dinamo Siti" (Albaniya) - "Aluminiy" (Sloveniya) qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Belə ki, iyulun 30-da Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər