İdman
Türkiyəni təmsil edən təbrizli atlet çempion oldu
Türkiyəni təmsil edən təbrizli idmançı Sarkan Yıldırım (Səccad Haşimi) daha bir beynəlxalq yarışda qızıl medal qazanıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, O, Meksikanın Tlakskala şəhərində keçirilən 2026 Paralimpiya Dünya Qran Prisində 100 metrlik qaçış - T12-də qızıl medal qazanıb.
Təsnifat mərhələsindən keçdikdən sonra yenidən meydana qayıdan Yıldırım 100 metrlik finalda finiş xəttini 10.94 saniyə ilə keçərək birinci yeri tutub.
Qeyd edək ki, Səccad Haşimi 2022-ci ildən Türkiyədə yaşayır və beynəlxalq yarışlarda Türkiyə bayrağı altında çıxış edir.
Mənbə
axar.az