İdman
Konor Makqreqor aldığı ağır zədəyə görə bir il döyüşlərə qatılmayacaq
Mütləq Döyüş Çempionatının (UFC) sabiq çempionu, irlandiyalı döyüşçü Konor Makqreqor ABŞ-li Maks Holloveyə qarşı keçirdiyi görüşdə aldığı zədəyə görə bir il müddətinə döyüşlərdən uzaq qalacaq. Oxu.Az xəbər verir ki, bu barədə UFC rəhbəri Dana Uayt mətbuat konfransı zamanı açıqlama verib. Qeyd edək ki, Makqreqor ABŞ-nin Las-Veqas şəhərində baş tutan UFC turnirində Holloveyə məğlub olub. İrlandiyalı idmançı 65 saniyə ərzində texniki nokautla uduzub. O, döyüşün ilk saniyələrində dizindən xəsarət alması səbəbindən qarşılaşmanı davam etdirə bilməyib. Görüşdən sonra Uayt qeyd edib ki, Makqreqor dizin ön çarpaz bağını zədələyib. Makqreqor isə özünün sosial şəbəkə hesablarında əməliyyat olunacağını yazıb, daha sonra Hollovey ilə olan döyüşün baş tutmamış kimi qəbul edilməsinə çağırış edib.
Mənbə
oxu.az