Digər
Əzizi Ukraynanı hədələdi: Cavabsız qalmayacaq!
İrana qarşı istənilən hücumun həmişə bədəli olur və bu, bu gün də dəyişməyib. ABŞ və İsrail bunun tam fərqindədir.
Axar.az xəbər verir ki, bunu İranın millət vəkili İbrahim Əzizi özünün X səhifəsində yazıb.
“Ukrayna da yaxın vaxtlarda başa düşə bilər ki, İran özünə qarşı atılan heç bir addımı cavabsız qoymur. Yanlış hesablamalar edənlərin siyahısı getdikcə uzanır”, - o bildirib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri İranın Xəzər dənizindəki yük gəmisinə hücum edib. Bir nəfər ölüb, daha iki nəfər yaralanıb.
Mənbə
axar.az