Dünya

İspaniya tarixində ən böyük yanğın: Üç bölgədə fövqəladə vəziyyət elan edildi - VİDEO

27 Jul 2026, 11:40 2 baxış
İspaniya tarixində ən böyük yanğın: Üç bölgədə fövqəladə vəziyyət elan edildi - VİDEO
İspaniyanın Avila əyalətində tüğyan edən meşə yanğını ölkədə müşahidələr tarixinin ən irimiqyaslı fəlakəti kimi qiymətləndirilir. Oxu.Az xəbər verir ki, bu barədə "La Sexta" telekanalı məlumat yayıb.

Məlumata əsasən, alovlanan ərazinin sahəsi təqribən 50 min hektar təşkil edir. Yanğınlar, həmçinin Toledo əyalətini və Madrid muxtar birliyini də bürüyüb. Üç fərqli bölgədəki yanğınların ümumi sahəsi 77 min hektara çatıb. Təhlükəsizlik tədbirləri çərçivəsində onminlərlə insan təxliyə olunub. Bir sıra avtomobil yollarında hərəkət hələ də məhdudlaşdırılıb. Bir müddət əvvəl ölkə rəhbərliyi meşə yanğınları ilə əlaqədar yaranmış vəziyyətə görə Madrid muxtar birliyində, eləcə də Avila və Toledo əyalətlərində fövqəladə vəziyyət rejimi elan edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər