Cəmiyyət

Xəzərdə batan müstəntiq vəzifəli şəxsin oğlu imiş - Foto

27 Jul 2026, 11:55 3 baxış
Xəzərdə batan müstəntiq vəzifəli şəxsin oğlu imiş - Foto

Xəbər verdiyimiz kimi, dünən Sumqayıt şəhərinin Corat qəsəbəsində Ümid Taməddin oğlu Hüseynli dənizdə boğularaq həyatını itirib.


Axar.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, Ümid əslən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Külüs kəndindən olub.


Onun atası Taməddin Hüseynov 3 saylı Babək–Şahbuz–Kəngərli Dairə Seçki Komissiyasının sədridir.


Qeyd edək ki, Ümid Hüseynli Qubadlı Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışırdı. O, prokurorluq orqanlarına qəbul imtahanında yüksək nəticə göstərərək bu məsul vəzifəyə qəbul olunmuşdu.

Mənbə axar.az

Oxşar Xəbərlər