Digər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

27 Jul 2026, 11:07 2 baxış
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Türkiyə NATO-nun Baltik ölkələrinin hava məkanının patrul missiyasında (Baltic Air Policing) iştirak etmək üçün Estoniyaya 5 ədəd F-16 qırıcı təyyarəsi və 181-ci eskadrilyanın 76 hərbi qulluqçusunu göndərəcək.


Axar.az xəbər verir ki, bu barədə “Hurriyet” məlumat yayıb.


“Bu missiya NATO-nun şərq cinahının müdafiəsi baxımından böyük strateji əhəmiyyət daşıyır. O, Türkiyənin beynəlxalq çəkindirmə imkanlarının gücləndirilməsinə, müttəfiq qüvvələrlə qarşılıqlı fəaliyyətin genişləndirilməsinə və strateji potensialının artırılmasına mühüm töhfə verəcək. Avqustdan noyabradək rotasiya əsasında həyata keçiriləcək bu missiya öz döyüş təyyarələri olmayan Latviya, Litva və Estoniyanın hava məkanının patrul xidmətini həyata keçirməyi nəzərdə tutur”, - məlumatda deyilib.

Mənbə axar.az

Oxşar Xəbərlər