Cəmiyyət

Sabah Biləsuvarın yeddi kəndində qaz olmayacaq

23 Jul 2026, 15:52 2 baxış
Sabah Biləsuvarın yeddi kəndində qaz olmayacaq
Sabah Biləsuvar rayonunun 7 kəndinin qaz təchizatında fasilə olacaq. Oxu.Az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, iyulun 24-də saat 10:00-dan etibarən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar rayonun Əsgərəbad, Aşağı Cürəli, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılacaq. Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər