Digər
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
Ermənistan Prezidenti Vaaqn Xaçatryan dünən xəstəxanaya yerləşdirilib.
Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, prezidentin səhhəti pisləşib və o, “infarkt öncəsi vəziyyət” diaqnozu ilə “Nairi” tibb mərkəzinə köçürülüb.
Vaaqn Xaçatryan lazımi müayinələrdən keçib və sonra xəstəxanadan buraxılıb.
Mənbə
axar.az