Digər

Tacir Şahmalıoğlu Ağdama köçür

23 Jul 2026, 15:56 3 baxış
Tacir Şahmalıoğlu Ağdama köçür

Müğənni Tacir Şahmalıoğlu Bakıdan köçməyə hazırlaşdığını açıqlayıb.


Kult.az Axşam.az-a istinadla xəbər verir ki, sənətçi bu barədə "Evdəkilərə salam" verilişində danışıb. O bildirib ki, yaxın aylarda Ağdama köçəcək:


"Oğlumun toyunun bitməsini gözləyirdim. Dövlət ev verir, köçlər başlayır. Yaxın aylarda mən də köçəcəyəm. Əvvəllər də Ağdamda yaşamışıq, hərdən Bakıya gəlib-getmişik. Amma indi Ağdamda yaşamaq istəyirəm. Oranın havası başqadır" .


T.Şahmalıoğlu Ağdamda uzun illərdir reallaşdırmaq istədiyi arzunu da həyata keçirmək niyyətində olduğunu söyləyib:


"Çoxdankı arzum kiçik bir musiqi məktəbi açmaqdır. Bakıda bu mümkün deyil. Səs Qarabağ torpağında yetişir. Orada gözəl səslər yetişdirəcəyəm. Mənim artıq dərs demək yaşımdır".

Mənbə axar.az

Oxşar Xəbərlər