Digər

İnsan ölümsüz ola bilərmi? – Araşdırma

23 Jul 2026, 15:34 3 baxış
İnsan ölümsüz ola bilərmi? – Araşdırma

Bütün xəstəlikləri aradan qaldıran mükəmməl müalicə yaradılsa belə, insan ömrünün bioloji bir həddi olacaq, hüceyrələrdə yığılan somatik mutasiyalar müəyyən müddətdən sonra orqanların fəaliyyətinə mənfi təsir göstərəcək.


Axar.az xəbər veriri ki, bu sözlər Moskva Skolkovo Elm və Texnologiya İnstitutunun araşdırmasında qeyd edilib.


Araşdırmanın nəticələrinə görə, hesablamalar insan ömrünün belə şəraitdə təxminən 150–190 il arasında məhdudlaşa biləcəyini göstərir. Qocalmanın əsas amillərindən biri orqanların hüceyrə səviyyəsində özünü bərpa etmək qabiliyyətidir.


“Dəri və qaraciyər kimi toxumalar daim yenilənə və zədələnmiş hüceyrələri əvəz edə bilir. Lakin ürək və beyin kimi həyati orqanlardakı hüceyrələr çox məhdud şəkildə bərpa olunur. Nəticədə illər ərzində bu hüceyrələrdə toplanan DNT zədələnmələri orqanların fəaliyyətinə təsir edir və insan ömrünün yuxarı həddini formalaşdırır.


Əsas məqsəd daha uzun deyil, daha sağlam həyatdır. Gələcək tibbi yanaşmaların əsas hədəfi yalnız insan ömrünü uzatmaq deyil, yaşlılıq dövrünü daha sağlam, aktiv və yüksək həyat keyfiyyəti ilə keçirməyə imkan yaratmaq olmalıdır”, - araşdırmada vurğulanır.

Mənbə axar.az

Oxşar Xəbərlər