Cəmiyyət

"Naxçıvan" TV-nin sədr müavini işdən azad edilib - FOTO

23 Jul 2026, 13:40 1 baxış
"Naxçıvan" TV-nin sədr müavini işdən azad edilib - FOTO
"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İlhamə Novruzova vəzifəsindən azad edilib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov iyulun 23-də müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, iyulun 22-də "Naxçıvan" TV-nin İdarə Heyəti sədrinin müavini Xaliq Babayev də vəzifəsindən azad edilib. Digər bir sərəncamla Vüsal Muradov "Naxçıvan" TV-nin sədr müavini təyin olunub. QSC-nin İdarə Heyətinə sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Vüsal Muradova həvalə olunub.
"Naxçıvan" TV-nin sədr müavini işdən azad edilib - FOTO "Naxçıvan" TV-nin sədr müavini işdən azad edilib - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər