Cəmiyyət
Direktor: "8 peşə təhsili müəssisəsində 1000 yerlik yataqxana fəaliyyət göstərir" - FOTO
"Dörd peşə təhsili müəssisəsində yenidənqurma və əsaslı təmir işləri tamamlanıb". Oxu.Az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru İlqar Bayramlı bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, beş müəssisədə yenidənqurma və əsaslı təmir işləri davam edir: "Yeddi müəssisə üzrə layihələndirmə aparılır. 2024-26-cı illərdə 46 yeni emalatxana yaradılıb. 8 peşə təhsili müəssisəsində 1000 yerlik yataqxana fəaliyyət göstərir".
Mənbə
oxu.az